
Avstraliyada 46 milyon dollarlıq fırıldaqçılıq edən falçı qadın həbs edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, özünü falçı və feng shui ustası kimi təqdim edən 53 yaşlı qadın və 25 yaşlı qızı Avstraliyadakı Vyetnam icmasını hədəf alan 46 milyon dollarlıq fırıldaqçılıqla bağlı istintaq çərçivəsində saxlanılıblar.
Polisin məlumatına görə, ana falçılıq seanslarına gələn və maliyyə çətinliklərindən şikayət edənlərə "bir milyarderin tezliklə kömək edəcəyinə" söz verərək müştərilərini aldadırmış. Bu yardımı sürətləndirmək üçün o, iddialara görə qurbanlarını kredit götürməyə inandırıb və kreditin bir hissəsini özü üçün saxlayıb.
Ana cinayətkar təşkilata rəhbərlik etmək və fırıldaqçılıq yolu ilə maliyyə qazancı əldə etmək də daxil olmaqla 39 ittiham üzrə məhkəmədə çıxış edəcək. Qızı cinayətkarlıq yolu ilə əldə edilən gəlirlərlə məşğul olmaq və cinayətkar təşkilatda iştirak etmək də daxil olmaqla yeddi ittihamla üzləşir. Anaya girov qoyulmayıb, qızı isə girov müqabilində azadlığa buraxılıb.
Mehman Mehdiyev












































