
Türkiyədə növbəti dəfə zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeraltı təkanlar yenidən Balıkəsirdə qeydə alınıb.
övqəladə Halların İdarəedilməsi və Aradan Qaldırılması Agentliyinin(AFAD) veb saytındakı məlumata görə, episentri Sındırğı rayonu olmaqla, 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 12,31 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Fuad












































