Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çində sonsuzluğun aradan qaldırılmasının yolu tapılıb

Çində sonsuzluğun aradan qaldırılmasının yolu tapılıb


Çin alimləri qadınların sonsuzluğunun aradan qaldırılmasının əsas mexanizmini aşkar ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə Sinxua Agentliyi məlumat yayıb.

Araşdırmaya görə, ribosomal genlərin anormal aktivliyi 35 yaşdan yuxarı qadınlarda başlayır. Bu hiperaktivlik normal zülal sintezini pozur, xromosomların ayrılması xətalarına gətirib çıxarır və embrionun inkişafına mane olur.

Klinik sınaqda əvvəllər IVF zamanı embrion çatışmazlığı yaşayan qadınlar rapamisin ilə qısa müddətli müalicə alıblar. Agentliyin verdiyi məlumatına görə, bu, "yüksək keyfiyyətli blastokistlər istehsal etməyə kömək edib, uğurlu hamiləliyə və canlı doğuşa gətirib çıxarıb. Bununla belə, alimlər qeyd ediblər ki, onun effektivliyini təsdiqləmək üçün daha böyük klinik sınaqlara ehtiyac var.

Cavid
Xəbəri paylaş