
İki yeni hesabat qlobal temperatur artımının məhdudlaşdırılması ilə bağlı öhdəliklərin yerinə yetirilmədiyini, qazıntı yanacaq tullantılarının isə rekord səviyyələrə çatdığını göstərir.
Newscenter.az-ın TASS-a istinadən veridyi məlumata görə, mütəxəssislər bildirirlər ki, mövcud tendensiyalara əsasən, əsrin sonuna qədər dünyanın 2,6 dərəcə Selsi istiləşməsi proqnozlaşdırılır.
Climate Action Tracker-in hazırkı təhlilinə görə, CoP30 sammitindən əvvəl ölkələr tərəfindən təqdim edilən yeni milli töhfə bəyannamələri ardıcıl dördüncü ildir ki, təhlükəli istiləşmənin qarşısını almaq üçün kifayət qədər irəliləyiş əldə edə bilməyib. Bu o deməkdir ki, dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,6 dərəcə artımla keçən ilki səviyyədə qalıb.
Bu proqnoz bütün ölkələr tərəfindən razılaşdırılmış Paris Sazişində müəyyən edilmiş limitlərin açıq şəkildə pozulmasını göstərir.
Alimlərin fikrincə, belə istiləşmə ekstremal hava hadisələri, quraqlıqlar və kənd təsərrüfatında böyük itkilərlə müşayiət olunan fəlakətli bir dövrə yol açacaq.
Fuad












































