Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən ölümcül yoluxucu xəstəliyi ötən il 1,23 milyon insanın həyatına son qoyub.

Dünyanın ən ölümcül yoluxucu xəstəliyi ötən il 1,23 milyon insanın həyatına son qoyub.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm ötən il 1,23 milyon insanın ölümünə səbəb olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, ÜST-ün illik hesabatına görə, vərəmlə əlaqəli ölüm halları 2023-cü illə müqayisədə 3 faiz, yoluxma hallarının sayı isə təxminən 2 faiz azalıb. Buna baxmayaraq, 2024-cü ildə dünyada 10,7 milyon insan vərəmə yoluxub. Bunlardan 5,8 milyonu kişi, 3,7 milyonu qadın və 1,2 milyonu uşaq olub.

Vərəm ən çox ağciyərlərə təsir edən bakterial xəstəlikdir. Öskürək, asqırma və ya tüpürcək vasitəsilə havaya buraxılan bakteriyalarla ötürülür. ÜST bildirib ki, COVID-19 pandemiyası zamanı xidmətlərin kəsilməsi səbəbindən yoluxma halları artsa da, uzun müddətdən sonra ilk dəfə azalır.

Qeyd edək ki, dünya üzrə vərəm hallarının üçdə ikisi səkkiz ölkədə olub. Bu ölkələr Hindistan (25 faiz), İndoneziya (10 faiz), Filippin (6,8 faiz), Çin (6,5 faiz), Pakistan (6,3 faiz), Nigeriya (4,8 faiz), Konqo Demokratik Respublikası (3,9 faiz) və Banqladeşdir (3,6 faiz).

Cavid İmaməliyev
Xəbəri paylaş