Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra başçıları “gözü çıxardılmış qardaşlarından” ibrət dərsi götürməlidirlər

İcra başçıları “gözü çıxardılmış qardaşlarından” ibrət dərsi götürməlidirlər


"Dövlət başçısı rayonlara İcra başçıları təyin edərkən hər dəfə onlara necə fəaliyyət göstərmələri ilə bağlı öz tapşırıqlarını verir və tövsiyyələrini çatdırır. Lakin təcrübə göstərir ki, Ramiz Mehdiyev kimi ali dövlət idarəçiliyində yer almış bir yaramaz məmurun təşəbbüsü ilə namizədliyi irəli sürülmüş icra başçıları da onun özü kimi xalqa deyil, öz maraqlarına xidmət etməklə məşğul olurlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. Bildirib ki, bir neçə il ərzində həbs edilmiş icra başçıları bu dediklərimizin yaxşı nümunəsidir:

"Onların dəyəri on milyonlarla manatla ölçülən var-dövlətləri məhz rəhbəri olduqları rayonlarda sahibkarları və vətəndaşları talamaq yolu ilə əldə edilibdir.
Yeni təyin edilən İcra başçıları “gözü çıxardılmış qardaşlarından” ibrət dərsi götürməlidirlər. Prezident onlara sözünü ən təsirli formada dedi. İndi seçim onlarındı - ya Prezidentin tapşırıqlarını əldə rəhbər tutub, yerdə vətəndaşa xidmət edəcəklər ya da özülərindən əvvəlki rəhbərlərin aqibətini yaşayacaqlar"

Süleyman
Xəbəri paylaş