Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Prezidenti Özbəkistana dövlət səfəri edəcək

Qazaxıstan Prezidenti Özbəkistana dövlət səfəri edəcək


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev bu ölkəyə dövlət səfəri edəcək.

Newscenter.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, səfər 14-16 noyabr tarixlərində baş tutacaq.

Səfər proqramına uyğun olaraq, Özbəkistan və Qazaxıstan liderlərinin sədrliyi ilə yüksək səviyyəli danışıqlar və Ali Dövlətlərarası Şuranın ikinci iclası planlaşdırılır.

Gündəliyin əsas mövzusu ticarət, sənaye əməkdaşlığı, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, su ehtiyatları, mədəni və humanitar layihələr kimi prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsidir.

Regional və qlobal siyasətin aktual məsələləri, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılacaq.

Süleyman

Xəbəri paylaş