Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya daşınmaz əmlakına investisiyaların həcmi azalıb

Rusiya daşınmaz əmlakına investisiyaların həcmi azalıb



Rusiyada daşınmaz əmlak bazarına nvestisiyaların həcmi azalıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, 2025-ci ilin noyabr ayının ortalarına Rusiyada daşınmaz əmlaka investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalıb.

"2025-ci ilin noyabr ayının ortalarına Rusiya daşınmaz əmlakına qoyulan investisiyaların ümumi həcmi 712 milyard rubl təşkil edib və demək olar ki, proqnozlaşdırılan 750 milyard rubla çatıb. Bu investisiya səviyyəsi əvvəlki iki ilin nəticələrindən aşağı olaraq qalır - 2024-cü ilin eyni dövründən 33% azdır"',- deyə məlumatda bildirilir.

Bununla belə, analitiklərin fikrincə, artıq 2025-ci ilin üçüncü rübündə bazarda investisiya aktivliyi artıb və əməliyyatların həcmi son 10 ildə ən yüksək rüblük dəyərə (290 milyard rubl) çatıb.


Fuad Hüseynzadə
Xəbəri paylaş