
“Vəzifə xalqa xidmət üçün bir vasitə olmalıdır. Belə bir imkanı olan insanın öz sevgisini xalqa göstərmək üçün platforma əldə etməsi onun üçün bir məqamdır”.
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, vəzifəyə təyin olunan şəxs var-dövlət yığmaq üçün məqam axtarmamalıdır:
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əksər hallarda bu belə olmur. Bu, Azərbaycanın acı reallığıdır. Hesab edirəm ki, bu dəfə başqa cür olacaq. Təyin olunmuş icra başçıları xalq və prezident qarşısında öz məsuliyyətlərini doğru anlayıb, başa düşəcəklər. Bu, onların gələcək karyeraları üçün də vacib şərtdir”.
Süleyman












































