
Şimal yarımkürəsində yeni bir virus yayılmağa başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, virus H3N2 adlanır. Qlobal səhiyyə mütəxəssisləri iyun ayında ortaya çıxan yeni H3N2 ştammının Şimal yarımkürəsində sürətlə yayılması səbəbindən ciddi xəbərdarlıqlar ediblər. Peyvənd proqramları başladıqca, erkən və şiddətli qrip dalğası Kanada, Birləşmiş Krallıq və Yaponiyada xəstəxanalara müraciət edənlərin sayının artmasına səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının Tənəffüs Təhlükələri Bölməsinin direktoru Dr. Vençinq Çjanq yeni ştammın çox sürətlə yayıldığını və bəzi ölkələrdə dominant hala gəldiyini bildirib.
Mütəxəssislərin fikrincə, yeni H3N2 yay ərzində yeddi yeni mutasiya əldə edib ki, bu da onu bu ilki qrip peyvəndinə daxil olan ştammdan əhəmiyyətli dərəcədə fərqləndirir.
Cavid












































