
ABŞ quru qoşunları Venesuelaya yerləşdirilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ ordusunun rəsmisi Daniel Driskoll CBS telekanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ quru qoşunlarının Velesuelaya yerləşdirilməsi prezident Donald Trampın və müdafiə naziri Pete Hegsethin əmr verəcəyi təqdirdə mümkün olacaq.
Venesuela qüvvələrinin ABŞ üçün təhdid olub-olmaması ilə bağlı suala Driskoll cavab olaraq bildirib ki, ordu bölgədə çoxlu sayda təlimlər keçirir:
“Prezident və ya müdafiə naziri bunu tələb edərsə, biz hərəkətə keçməyə hazır olacağıq”.
Venesuela prezidenti Nikolas Maduro isə dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi 100 ilin ən ciddi ABŞ işğalı təhlükəsi ilə üz-üzədir. Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər mübarizə aparmamaqda ittiham edir.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir nüvə sualtı qayığı və 16 mindən çox şəxsi heyət yerləşdirib.
Şeyda Məmmədova











































