Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropada hər 7 uşaqdan biri risk altındadır

Avropada hər 7 uşaqdan biri risk altındadır


Avropada uşaq və yeniyetmələrin psixikası ilə bağlı problemlər ciddi xarakter alır.

Newscenter.az xarici KIV-lərə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında belə qeyd edilir.

Məlumatlara görə, 20 yaşdan kiçik hər yeddinci avropalı əqli sağlamlıq problemləri ilə üzləşib. Bu rəqəm son 15 ildə 30 faiz artıb. Vəziyyət xüsusilə qızlar arasında gərgindir. 15-19 yaşlı hər dörd qızlardan biri əqli cəhətdən xəstədir.

Mütəxəssislər bu mənfi vəziyyəti bir neçə amilə - pandemiyanın nəticələri, sosial təcrid, iqtisadi qeyri-sabitlik, müharibələr və ümumi gərginliyin artması ilə əlaqələndirirlər.

Sənədin müəllifləri həmçinin narahatedici bir aspekt kimi əqli sağlamlığa dəstəyin kifayət qədər olmadığını qeyd ediblər. Bildirilib ki, qitə ölkələrinin dörddə birində uşaqlar üçün icma psixoloji xidmətləri yoxdur və hər beş ölkədən biri bu problemlə bağlı ayrıca siyasət hazırlamayıb.

Hesabatda ilk dəfə olaraq Avropa və Orta Asiyadakı 53 ölkənin nümunəsində bu qədər əhatəli məlumatlar toplanıb və ölkələri ruhi sağlamlıq sistemlərinə investisiya qoymağa və uşaqlar üçün daha uyğun proqramları nəzərdən keçirməyə çağırılıb.

Şeyda Məmmədova
Xəbəri paylaş