Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı müstəqilliyi uğrundakı mübarizəsində nə qədər israrlı olduğunu bütün dünyaya sübut etdi

Azərbaycan xalqı müstəqilliyi uğrundakı mübarizəsində nə qədər israrlı olduğunu bütün dünyaya sübut etdi


"Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ilk və qəti addımlarından olan 17 Noyabr – Milli Dirçəliş Günü SSRİ kimi böyük bir imperiyanın Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin kəskin xarakter aldığı bir dövrdə, imperiyanın dağılmasında çox önəmli rol oynamışdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimi birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycan xalqının milli azadlıq hərəkatı xalqımızın öz müstəqilliyi uğrundakı mübarizəsində nə qədər israrlı olduğunu bir daha bütün dünyaya sübut etdi:

"Təsadüfi deyil ki, həmin illərdə Azərbaycanda keçirilən mitinqlər və azadlıq arzusu ilə təşkil edilən aksiyaların kütləviliyinə görə, Azərbaycan xalqı xarici media qurumlarında "İlin xalqı" kimi xarakterizə edilmişdi. Milli Dirçəliş Günümüz mübarək olsun".

Süleyman
Xəbəri paylaş