
Britaniya hökuməti sığınacaq axtaranlarla bağlı siyasətini sərtləşdirmək planlarını açıqlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Təklif olunan islahatların təfərrüatlarını əks etdirən 32 səhifəlik sənəd Böyük Britaniya Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.
Britaniya Daxili İşlər Nazirliyinin daha əvvəl elan etdiyi kimi, sənədsiz immiqrantların ölkədə daimi qalmaq üçün gözləmə müddəti dörd dəfə artırılaraq 20 ilə çatacaq.
Gələcəkdə Böyük Britaniya, ölkədə beş il əvəzinə, 20 il qalmayana qədər miqrantlara yaşayış statusu üçün təkliflər təqdim etməyəcək.
Qeyd edək ki, tətbiq ediləcək prosedur istənilən Avropa ölkəsindən fərqli olaraq ən uzun gözləmə müddətidir.
Cavid İmaməliyev











































