Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Kabineti toplayır, təyyarə qəzası əsas müzakirə mövzusu olacaq

Ərdoğan Kabineti toplayır, təyyarə qəzası əsas müzakirə mövzusu olacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, iclasda əsas müzakirə mövzusu 20 hərbiçinin həlak olduğu təyyarə qəzası olacaq.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar müzakirə ediləcək. İclasda həmçinin terrorsuz Türkiyə hədəfinin son mərhələləri və Qəzzada atəşkəsdən sonrakı vəziyyət də diqqətdə olacaq.

Nazirlər Kabineti prezident Ərdoğanın Beştəpədəki ofisində baş tutacaq.

İclasda həmçinin, xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfərləri də gündəmdə olacaq. Bundan başqa Türkiyə-ABŞ-Suriya üçtərəfli görüşünün nəticələrinə də diqqət çəkiləcək.

Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək səyləri də iclasda müzakirə ediləcək.

Süleyman
Xəbəri paylaş