Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Dirçəlişin əsasını xalqın milli şüurunun oyanması təşkil edir

Milli Dirçəlişin əsasını xalqın milli şüurunun oyanması təşkil edir



"Azərbaycanda milli dirçəlişin təməli 60 - cı illərin sonu 80-ci illərin əvvəllərində qoyuldu. Həmin illərdə Ulu Öndər Heydər Əliyev milli dəyərləri diqqət mərkəzində saxlayır, milli kadrın hazırlanmasına xüsusi önəm verirdi. Onun rəhbərlik etdiyi bu illər ərzində minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində ali təhsil almağa göndərilmiş, bu da gələcək müstəqil Azərbaycan üçün milli ruhlu ziyalılar ordusunu formalaşdırmaq demək idi".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva 17 noyabr-Milli Dirçəliş Gününün əhəmiyyətindən danışarkən səsləndirib. İctimai birlik təmsilçisi qeyd edib ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.

Ruhiyyə Mehdiyeva qeyd edib ki, Milli Dirçəlişin əsasını xalqın milli şüurunun oyanması təşkil edir:

"Bura xalqın milli kimliyi, xalqın öz tarixinə yenidən nəzər salaraq tarixi köklərini bir daha kəşf etməsi daxildir. Bu isə xalqın müstəqil yaşamağa sahib olmasını dərk etməsi deməkdir. Nəticədə, siyasi aktivlik və birlik formalaşır".

Anar
Xəbəri paylaş