Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Türkmənistan strateji tərəfdaşlığı genişləndiriləcək

Özbəkistan və Türkmənistan strateji tərəfdaşlığı genişləndiriləcək


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov arasında məhdud formatda görüş keçirilib.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, görüş Özbəkistan prezidentinin Kuksaroy iqamətgahında olub.

Dövlət başçılatı tərəfindən qeyd edilib ki, bu səfəri son illərdə nümunəvi forma alan Özbəkistan-Türkmənistan dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.

Bütün sahələrdə əldə edilən müsbət impuls və aktiv əlaqələr məmnuniyyətlə bildirilib.

Danışıqlar qarşılıqlı ticarətin artırılması və sənaye, enerji, nəqliyyat, maşınqayırma, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə yönəlib.

Regionlararası mübadilələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Üçüncü Regionlar Forumunun Xivədə keçirilməsi barədə razılığa gəlinib.

Həmçinin görüşdə regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Cavid İmaməliyev
Xəbəri paylaş