
Birləşmiş Ştatlar dronların qlobal miqyasda təhlükə yaratdığı qənaətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ ordusunun rəsmisi Daniel Driskoll CBS telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ ordusuna tapşırılan pilotsuz təyyarələrə qarşı müdafiə sistemlərinin yaradılması vəzifəsi fərqlidir.
Pentaqon rəsmisi qeyd edib ki, bu, qlobal miqyasda təhlükəlidir. Daniel Driskoll vurğulayıb ki, Ukrayna böhranı kontekstində bunu aydın görmək mümkündür.
"Biz federal hökumət olaraq bu İHA-ya qarşı səylərdə lider mövqe tutmalıyıq",-deyə o bildirib.
Qeyd edək ki, cari ilin iyunun ayının əvvəllərində prezident Donald Tramp Federal Aviasiya Administrasiyasına pilotsuz təyyarələrin istehsalını və ixracını artırmaq üçün Amerika texnologiyalarının işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirməyi əmr edən sərəncam imzalayıb. O, həmçinin müasir İHA-lara qarşı gücləndirilmiş müdafiə sistemlərinin yaradılmasını tapşırıb.
Cavid İmaməliyev











































