Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Qəzzaya 810 ton ərzaq göndərib

Türkiyə Qəzzaya 810 ton ərzaq göndərib


"Türkiyə bütün maneələrə baxmayaraq Qəzzaya 810 ton ərzaq yardımı göndərməyə müvəffəq olub. Ərzaq yardımı 18 gəmi vasitəsilə Qəzza xalqına çatdırılıb".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, havalar soyuduqca Qəzza xalqının durumu da ağırlaşır:

"Əlimizdən gəldiyi qədər maksimum dərəcədə çalışırıq ki, qəzzalılara dəstək olaq. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Türkiyə lideri bildirib ki, yaxın vaxtlarda Türkiyədə konteyner evlərin də Qəzzaya göndərilməsi həyata keçiriləcək.

Anar Əliyev
Xəbəri paylaş