
Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kastamonuda qeydə alınıb. Belə ki, vilayıtin Doğanyurt rayonunda, mövlid proqramında verilən ayran və toyuq plovunu yedikdən sonra 15 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Mərasimdə ümumilikdə 45 nəfər iştirak edib.
Məlumatdan sonra əraziyə 112 Təcili Tibbi Yardım qrupu göndərilib. Səhhətində problem yaranan mərasim iştirakçıları Doğanyurt və İnebolu xəstəxanalarına aparılıb.
Şeyda











































