
Vegetarianlığın beyin və uşaq inkişafı üçün təhlükələri araşdırılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, araşdırmalar əsasında məlum olub ki, bir çox vegan valideynlər övladlarının məktəb kurrikulumunu müvəffəqiyyətlə mənimsəmələrindən nümunələr gətirsələr də, lakin veqetarianlığın uşaqların yaddaş bacarıqlarına təsir etdiyinin fərqində deyillər.
Dietoloqlar isə hesab edirlər ki, uşaqların ciddi vegan pəhrizinə keçməsi arzuedilən deyil. Araşdırmalardan məlum olub ki, ailələrdə qidalanma problemlərinin erkən aşkarlanmasında təhsil müəssisələri əsas rol oynayır.
Şeyda Məmmədova











































