Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada hökumətin istefası tələb olunur

Ukraynada hökumətin istefası tələb olunur


Ukrayna Ali Radasının saytında ölkənin Nazirlər Kabinetinin istefasını tələb edən petisiya qeydə alınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, tələblər arasında yeni milli birlik hökuməti quracaq parlament fraksiyalarının çoxpartiyalı koalisiyasının yaradılması da var. Hazırda petisiya baxılması üçün tələb olunan 25 000 səsdən 82-nin səsini toplayıb və qanunun tələb etdiyi kimi, lazımi sayda imzanın toplanması üçün üç ay vaxt ayrılıb.

Petisiyada qeyd olunur:

“Biz, Ukrayna vətəndaşları, Ali Radadan üzvləri nazirlərin əli olduğu, enerji sektorunda irimiqyaslı korrupsiyanın yaratdığı ictimai etimadı itirdiyinə görə baş nazir Yuliya Svırıdenkonun və bütün Nazirlər Kabinetinin istefası təşəbbüsü ilə çıxış etməyi tələb edirik”.

Fuad
Xəbəri paylaş