
Almaniya kütləvi ixtisarlarla üzləşir.
Newscenter.az TASS-a istinadən bildirir ki, ölkə üzrə 88 şirkət ümumilikdə 147 522 iş yerini ixtisar etməyi planlaşdırır.
Bu barədə “Bild” qəzeti “Initiative Neue Soziale Marktwirtschaft” (INSM) lobbi təşkilatının araşdırmasına istinadən yazıb.
İxtisarlar sənayenin demək olar ki, hər bir sahəsini əhatə edəcək.Buraya avtomobil hissələri tədarükçüləri, logistika və İT şirkətləri, hava yolları və hətta daha kiçik maşınqayırma firmaları kimi böyük korporasiyalar daxildir. Təkcə Deutsche Bahn dəmir yolu şirkəti 30,000, avtomobil hissələri tədarükçüsü ZF isə 14,000 işçini ixtisar etməyi planlaşdırır.
Nəşr hesab edir ki, Almaniya kansleri Fridrix Merz radikal tədbirlər görməsə, Almaniya adlı iqtisadi duruma düşəcək. Bu problemlərə səbəbi kimi həddindən artıq bürokratiya, yüksək vergilər və ixtisaslı kadr çatışmazlığını göstərilib.
Cavid










































