Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan parlament nümayəndə heyəti ABŞ-da səfərdədir

Azərbaycan parlament nümayəndə heyəti ABŞ-da səfərdədir


Azərbaycan Respublikası Milli Məclisinin deputatları – ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Nigar Arpadarai, Anatoliy Rafailov və Tural Gəncəliyev ABŞ-da səfərdədirlər.

Newscenter.az xəbər verir ki, səfərin məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, ABŞ administrasiyasının rəsmiləri, aparıcı beyin mərkəzlərinin nümayəndələri və yəhudi təşkilatları ilə görüşlərin keçirilməsi, regionumuzda baş verən yeniliklər və mövcud Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatların verilməsidir.

Noyabrın 17-də nümayəndə heyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə görüşüb. Daha sonra nümayəndə heyəti ABŞ-ın bir sıra aparıcı yəhudi təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresi üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.

Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz regionunda gedən proseslər, 8 avqust - Vaşinqton Sammitindən sonra Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni zamanda 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.

Səfər noyabrın 21-dək davam edəcək.

Süleyman
Xəbəri paylaş