
Monqolustan dekabrın əvvəlində ilk dəfə olaraq Monqolustan-Rusiya Regionlar Forumuna ev sahibliyi etməyə hazırlaşır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Monqolustan baş naziri Qombojavın Zandanşatar Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Ölkəmiz dekabrın əvvəlində birinci Monqolustan-Rusiya Regionlar Forumuna ev sahibliyi etməyə hazırlaşır. Forumda 2026-2030-cu illər üçün regionlararası əməkdaşlığın inkişafı üzrə ortamüddətli proqramın təsdiq edilməsi planlaşdırılır ki, bu da, fikrimizcə, ikitərəfli regional əlaqələri və əməkdaşlığı yeni səviyyəyə qaldıracaq", -deyə baş nazir bildirib.
Fuad












































