Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir prezidenti Belarusa səfər edəcək

Misir prezidenti Belarusa səfər edəcək


Misir prezidenti Əbdülfəttah əs-Sisi Belarusa səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

"Belarus Respublikasına səfər dəvətini qəbul etdiyiniz üçün təşəkkür edirəm. Sizinlə tezliklə görüşməyi səbirsizliklə gözləyirəm və əminəm ki, bu, ikitərəfli əməkdaşlığa və hər iki ölkənin maraqlarına xidmət edən birgə layihələrin həyata keçirilməsinə yeni təkan verəcək", - Belarus lideri misirli həmkarını ad günü münasibətilə təbrik edərkən deyib.

Lukaşenko Misir Prezidentinin regional sabitliyin möhkəmləndirilməsinə və Yaxın Şərq və Afrikadakı mürəkkəb böhranların diplomatik həllinə nail olunmasına şəxsi töhfəsini qeyd edib.

O, həmçinin Belarus-Misir münasibətlərinin qarşılıqlı etimad və dostluq əsasında inkişaf etməkdə davam etdiyini vurğulayıb.

Süleyman
Xəbəri paylaş