
2025-ci ilin yanvar-oktyabr aylarında Rusiyada araqın pərakəndə satışı keçən ilin eyni dövrü ilə müqayisədə 3,7% azalaraq 60,22 milyon dekalitr, konyak satışı isə 9,1% azalaraq 10,3 milyon dekalitr olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, alkoqollu içkilərin satışı bu dövr ərzində 10,3% azalaraq 165,24 milyon dekalitə düşüb. Tərkibində 9%-dən çox spirt olan spirtli içkilər 1% azalaraq 97,31 milyon dekalitə düşüb. Az alkoqollu içkilər 87,9% azalaraq 1,38 milyon dekalitə düşüb. Bu arada, içki və araq satışı 14% artaraq 15 milyon dekalitə çatıb.
Etil spirti olmayan üzüm tərkibli içkilərin satışı da 58,7% azalıb.
Şeyda











































