
Qazaxıstan 2025-ci ilin ilk üç rübündə Rusiyadan kosmetika və gigiyena məhsulları idxalını təxminən üç dəfə artırıb.
Newscenter.az Qazaxıstanın Milli Statistika Bürosuna istinadən bildirir ki, göstərilən müddət ərzində idxal təxminən 43,2 min tona çatıb.
2024-cü ilin eyni dövründə belə malların idxalı 33,5 min ton təşkil edib. Pul ifadəsində bu ilin yanvar-sentyabr aylarında idxalın artımı 17% olaraq 179,6 milyon dollar təşkil edib.
2024-cü ilin eyni dövründə bu, 151,2 milyon dollar olaraq qiymətləndirilib.
Eyni zamanda, Qazaxıstanın Rusiya dərmanlarının idxalı 2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin eyni dövründəki 7,2 min tona nisbətdə təxminən üçdə dəfə azalaraq 5,2 min tona düşüb.
Cavid İmaməliyev










































