
Rusiya Türkiyəyə boru kəməri ilə qaz tədarükünü artırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə boru kəməri qazının tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıraraq 16 milyard kubmetrə çatdırıb.
Agentliyin məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) açıqlama verib.
Agentliyin məlumatına görə, sentyabr ayında Türkiyə “Türk axını” və “Mavi axın” vasitəsilə Rusiyadan ümumilikdə 1,45 milyard kubmetr qaz idxal edib.
Cəmi doqquz ayda Rusiya qazının Türkiyəyə nəqli 16 milyard kubmetrə (+16%) çatıb.
Cavid İmaməliyev










































