
Orta ümumtəhsil müəssisələrinin əksəriyyətində idarəçiliyin zəif olması, təhsil müəssisəsi rəhbərinin məktəbi öz "qanunları" ilə idarı etməsinə dair çoxsaylı faktlar aşkar edilib, şikayətlər səsləndirilib. Belə şikayətlərdən biri də Lerik rayonu Namiq Hacıyev adına Tikəband kənd tam orta ümumtəhsil məktəbinin rəhbərliyindəndir.
Newscenter.az-a daxil olan şikayətdə qeyd edilir ki, məktəbin direktoru Əlövsət Əlinur əvvəlki illərdə elədiyi saxtakarlığına görə bir dəfə regional təhsil idarəsi tərəfindən töhmət almasına baxmayaraq yenə də öz saxta, təhsil adına ləkə gətirən fəaliyyətini davam etdirir.
Şikayət müəllifi iddia edir ki, direktor, qızı Əlinur Ülkər Əlövsət qızının adı iki ildir Tikəband məktəbində ibtidai sinif müəllimi kimi gedir, lakin özü Bakı şəhərində yaşayır. Bir dəfə olsun müəllimə kimi məktəbdə görünməyib. "Müəllimə"nin dərs məsələsini atası yoluna qoyur. Məktəb direktorunun daha bir neçə yaxını və ailə üzvlərinin adına dərs saatl yazdığı, lakin onlarıın da məktəbə gəlmədikləri bildirilir.
Bundan əlavə məktəbin hazırkı 11-ci sinif şagirdləri iki ildir məktəbdə tapılmır, heç bir dərsdə iştirak etmirlər. Onların məktəb rəhbərliyinə hörmət etməklə dərsə gəlmədikləri və repititor yanına getdikləri iddia olunur.
Şikayət müəllifi sonda, "Xahiş edirəm, qeyd etdiyim faktlar şəxsən nazirlik tərəfindən araşdırılsa daha yaxşı olar. Yerli təhsil idarəsinin obyektiv yoxlama aparılmasına inanmıram",-deyə bildirib.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Süleyman











































