Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib


Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakı Torobayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabanı ziyarət edib.

Newscenter.az-ın xəbərinə görə, nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Xəbəri paylaş