
Son üç ildə Özbəkistanda dövriyyədə olan bank plastik kartlarının sayı ikiqat artıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, ölkədə ödəniş terminallarının sayı yavaş-yavaş azalsa da, bankomatlar və infoköşklər kəskin şəkildə artır.
Bu ilin 1 oktyabr tarixinə dövriyyədə 63,64 milyon bank kartı var. Müqayisə üçün, 2022-ci ilin oktyabrında bu rəqəm 31,8 milyon, 2023-cü ilin oktyabrında 41,3 milyon, 2024-cü ilin oktyabrında isə 53,6 milyon olub. Oktyabr ayının əvvəlində Özbəkistanda quraşdırılmış ödəniş terminallarının sayı 430,2 min təşkil edib. Bu rəqəm 2024-cü illə müqayisədə 6 min, 2023-cü illə müqayisədə isə 900 ədəd çoxdur.
Cavid













































