Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri Türkiyə səfiri ilə görüşüb

QHT sədri Türkiyə səfiri ilə görüşüb


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan Zəfər Şəhid Ailələri Assosiasiyasının prezidenti Sevinc Orucova ilə görüşüb.

Newscenter.az səfirliyə istinadən bildirir ki, diplomatik korpusda baş tutan görüşdə Sevinc Orucova rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, Azərbaycan və Türkiyədə həyata keçirdiyi layihələr barədə səfirə ətraflı məlumat verib.

Səfir Birol Akgün öz növbəsində Azərbaycan Zəfər Şəhid Ailələri Assosiasiyasının fəaliyyətini yüksək qiymətlndirib, Sevinc Orucovaya gələcək fəaliyyətində, eləcə də həyata keçiriləcək yeni layihələrdə uğurlar arzulayıb.

Süleyman
Xəbəri paylaş