
Türk qadınlarının birliyi gələcəyimizin qarantıdır.
Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformunun rəhbəri Günay Əliyeva deyib.
O qeyd edib ki, Dünya Türk Qadınları Platforması Türk dünyası qadınlarını ortaq hədəflər, ortaq dəyərlər və ortaq güc ətrafında birləşdirməyə davam edir:
"Təhsildən iqtisadiyyata, mədəniyyətdən sosial həyata qədər hər sahədə qadınların daha görünən və güclü olması üçün çalışırıq".
Günay Əliyeva yaxın vaxtlarda rəhbərlik etdiyi qurumun qadınların birlik və bərabərliyinə, koordinasiyalı şəkildə fəaliyyətinə yönəlik bir sıra layihıələr həyata keçirəcəyini vurğulayıb.
Süleyman











































