Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Qırğızıstan iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib

Türkiyə-Qırğızıstan iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib


Qırğızıstanın Ankaradakı səfirliyi, EkoAvrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Birliyinin (TÜRKŞİT) birgə əməkdaşlığı ilə “Türkiyə-Qırğızıstan iqtisadi əməkdaşlıq imkanları” görüşü keçirilib.

Newscenter.az bildirir ki, bu barədə EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren məlumat verib.

Bildirib ki, Ankara Ticarət Palatasında baş tutan görüşdə Qırğızıstanın son illərdə həyata keçirdiyi islahatlar, Türkiyə-Qırğızıstan əlaqələri və mövcud iqtisadi və ticari potensiala malik əməkdaşlıq imkanları ətraflı məlumat verilib.

Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakbayev ticarət diplomatiyasının onun üçün vacib olduğunu diqqətə çatdırıb və iş adamlarına əlindən gələn hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Süleyman
Xəbəri paylaş