
İran Özbəkistana 200 min ton kartof ixrac edəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə razılıq Özbəkistan Bitki Karantini və Mühafizəsi Agentliyinin direktoru İbrahim Erqaşevin İrana səfəri zamanı əldə edilib.
Danışıqlar zamanı Özbəkistandan İrana limon, üzüm, ərik və albalı məhsullarının ixracı üçün fitosanitar risk təhlili sənədlərinin son mərhələyə çatdığı bildirilib.
Tərəflər həmçinin Özbəkistanın fitosanitar tələblərinə cavab verən kartof məhsullarının tədarükü məsələsini də müzakirə ediblər.
İran hökuməti kartof idxalçıları üçün dövlət dəstəyi proqramının hazırlandığını elan edib.
Bundan əlavə, Özbəkistan və İran arasında fitosanitar sertifikatların onlayn mübadiləsi üçün milli informasiya platformalarının inteqrasiyası və bu istiqamətdə xüsusi "yol xəritəsi"nin hazırlanması barədə razılığa gəlindi.
Cavid











































