
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji konsepsiyasının tətbiqi istiqamətində layihələr davam etdirilir.
Energetika Nazirliyinin 25 dekabr 2025-ci il tarixli məlumatında regionda 38 su elektrik stansiyasının fəaliyyət göstərdiyi, ümumi gücün 307 MVt təşkil etdiyi bildirilib. Cəbrayıl rayonunda hər biri 50 MVt gücündə olan Şəms və Üfüq günəş elektrik stansiyalarının təməlinin qoyulduğu, Kəlbəcərdə isə külək enerjisi potensialının öyrənildiyi qeyd olunub.
Newscenter.az-ın xəbərinə görə, Bərəkət İctimai Birliyi yaşıl enerji layihələrinin inkişafını Qarabağ və Şərqi Zəngəzurun ekoloji və iqtisadi baxımdan dayanıqlı gələcəyinin formalaşmasında mühüm amil hesab edir.













































