Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı ideyasını zədələmək üçün bəzi dairələr və xüsusi xidmətlər türk xalqlarından istifadə edirlər

Türk Dövlətləri Təşkilatı ideyasını zədələmək üçün  bəzi dairələr və xüsusi xidmətlər türk xalqlarından istifadə edirlər


"Son günlər sosial mediada Azərbaycan əleyhinə çox qəribə tendensiya baş qaldırıb. Xarici ölkələrdə olan bəzi jurnalistlər İran ətrafında situasiyanın gərginləşməsindən istifadə edərək, Azərbaycan əleyhinə konspirologiya əsaslı ittihamlar səsləndirirlər. Aydın məsələdir ki, bu iddialara Azərbaycan sosial media istifadəçiləri reaksiya verir və bir müddətdən sonra müzakirə mübahisəyə, milli kimlik səviyyəsində təhqirlərə keçir.
Bu gün Azərbaycan əleyhinə paylaşım edən və bu paylaşımları bəyənənlərin profillərinə baxdım. Çox təəssüf ki, əksəriyyəti Tacikistan və Qırğızıstan sosial media istifadəçiləridir. Maraqlı məqam ondan ibarətdir ki, yazan və "like" edənlərin böyük əksəriyyəti hazırda şimalda miqrant həyatı yaşayırlar".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Aqil Məmmədov deyib. O bildirib ki,
Türk Dövlətləri Təşkilatı ideyasını zədələmək və bu ideyanın cəmiyyətlər tərəfindən qəbul edilmədiyini göstərmək üçün bəzi dairələr və xüsusi xidmətlər elə türk xalqlarından istifadə edilir:

"Ona görə də dünyada gedən bu gərgin proseslər fonunda TDT daha praktik addımlar atmalı və istehlakçı səviyyəsində TDT ideyasının möhkəmləndirilməsinə çalışmalıdır. Cəmiyyət ideya ətrafında sıx birləşəndə böyük işlər görmək və böyük iddialarla çıxış etmək mümkün olur.

Bu arada son müşahidəmə əsasən deməliyəm ki, biz Qərb istiqamətində ciddi təbliğat və PR aparanda, Mərkəzi Asiyanı unuduruq. Bu gün Azərbaycan mediasında demək olar ki, Mərkəzi Asiya ilə bağlı xəbərlər çox məhduddur, eynilə Mərkəzi Asiya mediası və sosial mühiti ilə də işimiz zəifdir".

Aqil Məmmədov diqqətə çatdırıb ki, Amerika da Qafqazdan çox-çox uzaqdadır, ancaq müstəqilliyin ilk illərində Bakının mərkəzində McDonald's-ın açılmasına dəstək göstərmişdir:

"Bu onların yumşaq güc aləti kimi insanlara amerikan həyat tərzinin təbliği baxımından lazım idi. Ona görə TDT ideyasının geniş kütlələr tərəfindən qəbul edilməsi üçün ən aşağı səviyyədən başlayaraq yumşaq güc alətləri ilə insanlara hopdurulması lazımdır".

Süleyman
Xəbəri paylaş