Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran terrorçu qiyafəsində olan əli qanlı SEPAH cəlladlarından qurtulmalıdır

İran terrorçu qiyafəsində olan əli qanlı SEPAH cəlladlarından qurtulmalıdır


"İrandan Azərbaycana xaincə edilən hücum bir daha molla rejiminin mahiyyətini ortaya qoyur. Azərbaycan dövlətinin göstərdiyi yüksək səviyyəli mehriban qonşuluq münasibətləri İrandakı rejim tərəfindən düzgün qiymətləndirilmədi. Mülki obyektin hədəfə seçilməsi, xüsusi Naxçıvanın hədəfə alınması bir daha molla rejiminin ağlının 90 - cı illər erməni separatçıları kimi işlədiyini göstərir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, bu hallar İranın özünə ziyandır:

"Azərbaycan istənilən təxribata cavab vermək gücündədir. Başlarını itirmiş bu rejimin sağa - sola raket atması 1979 - cu ildə yaradılmış sistemin səhv və mənasız olduğunu bir daha ortaya qoyur. İranın normal və məntiqli idarəçiliyə ehtiyacı var. İran terrorçu qiyafəsində olan əli qanlı SEPAH cəlladlarından qurtulmalıdır".

Süleyman
Xəbəri paylaş