Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Molla rejiminin riyakar siyasətinə son qoyulmalıdır

Molla rejiminin riyakar siyasətinə son qoyulmalıdır


"İranın molla rejiminin Naxçıvana dron hücumunu qətiyyətlə pisləyirəm! Bu çürük qafaların yeritdiyi siyasəti hiddətlə qınayıram!. Bu hərəkət nə qonşuluğa, nə müsəlmançılığa, nə insanlığa sığmır!".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Musa Quliyev deyib. O bildirib ki, yenə də bir azdan sonra başlayacaqlar ikiüzlülüyə, riyakirlığa:

"Təsadüfən olub, yanlış olub. Biz iran mollalarının belə " yanlışlarıni" kifayət qədər görmüşük! Belə bir qonşusunun olmasını heç kim arzu etməz! Bu rejimin sonu gəlib çatıb! İran demokratikıəşməlidir, sivil, hüquqi dövlət yaranmalıdır".

Deputat qeyd edib ki, İrandakı soydaşlarımız molla rejiminə yox deməlidirlər:

"Gələcək sivil, ədalətli, azad, mədəni və elmli cəmiyyət qurmaları üçün hərəkətə keçməlidirlər!

İranın bölgə üçün təhlükə mənbəyi olaraq qalmasına yol vermək olmaz! Mollabaşlar əmmamələrini qabaqlarına qoyub fikirləşsinlər ki, Azərbaycanla düşmənçılik etmək onların məhvini tezləşdirəcək bir siyasətdir. Bəli, onlar gedəcək, lakin xalq qalacaq. O xalq ki, yarıdan çoxu bizim qan qardaşlarımızdır! Azərbaycan dövləti öz xalqını və təhlükəsizliyini qorumağa qadirdir və bunun üçün lazım olan tədbirləri görməyə hazırdır!"

Süleyman
Xəbəri paylaş