Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Riyakarlığın açıq şəkildə nümayişi

Riyakarlığın açıq şəkildə nümayişi


Azərbaycan və Türkiyəyə qarşı İranın xain hücumu onun düşmən xislətinin açıq ifadəsidir.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O deyib ki, İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq Hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib:

"Bu isə riyakarlığın açıq şəkildə nümayişdir. Dostluq,qonşuluq prinsiplərinə zidd olan bu addım əslində düşməncəsinə atılmış addımdır. Hadisə ilə bağlı İran tərəfdən xüsusilə SEPAH-ın açıqlaması molla rejiminin bəşəriyyət üçün bəla olmasının növbəti sübutudur. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. Cənab Prezidentin səmimi mövqeyinə və əsl liderlik keyfiyyətlərinə bütün dünya şahidlik etdi. Bu gün İranın Naxçıvana olan dron hücumu isə heç bir dostluq və qonşuluq əlaqələrinə sığmır, əksinə molla rejiminin rəzilliyini göstərir".

Millət vəkili qeyd edib ki, hər birimiz İran dövlətindən Azərbaycandan üzr istəyərək ölkəmizə qarşı məkirli təbliğata və təxribata son qoymasını tələb edirik:

"İranın çirkin terror əməlini qətiyyətlə pisləyir, bu riyakar və düşmən əməlindən əl çək deyirik".

Süleyman
Xəbəri paylaş