
"ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti V. Zelenskini Rusiya ilə sülh müqaviləsi bağlamağa tələsmədiyinə görə tənqid edib. O bildirib ki, Vladimir Putin sülh müqaviləsində maraqlıdır və bu prosesdə tələsir. Əslində isə D. Trampın bu açıqlamaları müəyyən mənada Rusiyanı siyasi baxımdan trollamaq və psixoloji təzyiq yaratmaq məqsədi daşıyır".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə de
yib. Onun sözlərinə görə, D. Tramp yaxşı anlayır ki, Rusiya da İran kimi ABŞ-ın qlobal rəqiblərindən biridir və Ukrayna müharibəsində Moskvanın istədiyini əldə etməsi ABŞ-ın geosiyasi maraqlarına ciddi təhdid yarada bilər:
"Bu səbəbdən Vaşinqton bir tərəfdən Rusiyanı müəyyən müddət arxayın saxlamağa çalışır, digər tərəfdən isə onun qlobal tərəfdaşlarını və müttəfiqlərini zəiflətmək strategiyası həyata keçirir.
Bu siyasətin nəticəsi kimi Rusiyanın təsir dairəsində olan bəzi ölkələrdə ciddi dəyişikliklər baş verir. Məsələn, Suriyada B.Əsəd rejiminin süqutu, Venesuelada N.Maduronun həbs edilməsi və hazırda İranın regional təsir imkanlarının məhdudlaşdırılması və rejimi təslim etmək üçün aparılan hərbi əməliyyatlar bu strategiyanın tərkib hissəsidir".
Süleyman











































