Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADA Universiteti strateji təhlillərin və innovativ təşəbbüslərin mühüm platforması kimi çıxış edir

ADA Universiteti strateji təhlillərin və innovativ təşəbbüslərin mühüm platforması kimi çıxış edir


ADA Universitetinin rektoru, fövqəladə və səlahiyyətli səfir, professor Hafiz Paşayevin zəngin diplomatik təcrübəsindən irəli gələrək iyirmi il əvvəl irəli sürdüyü təşəbbüslərlə əsası qoyulan ADA Universiteti onun uzaqgörən rəhbərliyi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində qısa müddətdə ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmişdir.

Bu gün ADA Universiteti təkcə akademik mərkəz deyil, eyni zamanda ölkəmizdə intellektual müzakirələrin, strateji təhlillərin və innovativ təşəbbüslərin mühüm platforması kimi çıxış edir. Burada formalaşan mühit dövlətçilik düşüncəsinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Bu uğurların təməlində hörmətli Hafiz müəllimin prinsipial mövqeyi, yüksək peşəkarlığı və maarifçilik missiyası dayanır.

Səfir Hafiz Paşayevin zəngin diplomatik fəaliyyəti, dövlətçilik ənənələrimizə sədaqəti və Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə təmsil olunması istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər ADA Universitetinin formalaşma fəlsəfəsində də öz əksini tapmışdır. Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində qazandığı bilik və təcrübə bu ali təhsil müəssisəsinin qlobal baxışlı, peşəkar və vətənpərvər kadrlar yetişdirməsinə mühüm töhfə verməkdədir.

Əminəm ki, ADA Universiteti bundan sonra da professor Paşayevin rəhbərliyi altında yeni nailiyyətlərə imza atacaq, ölkəmizin elmi, intellektual və diplomatik potensialının inkişafına mühüm töhfələr verməyə davam edəcəkdir.
ADA Universitetinin 20 illik yubileyi münasibətilə cənab Rektoru və rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Tələbələrə isə yeni zirvələr və davamlı inkişaf diləyirəm.

Rizvan Nəbiyev, Milli Məclisin deputatı
Xəbəri paylaş