
Milli Məclisin deputatı Vüqar Bayramov Bakı şəhərində qəbul üçün müraciət edən seçicilərlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı vətəndaşların qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı qərarlar qəbul edilib.
Müraciətlər məşğulluq, mənzil təminatı, pensiya təyinatı, əlillik dərəcəsinin alınması, işə bərpa olunma, biznes fəaliyyəti, kredit borcu, sosial təminat və digər mövzularda olub. Bildirilib ki, uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndəriləcək.

Süleyman










































