
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Bişkekdəki İmam Saraxsi adına Respublika Mərkəzi Məscidinə gələnlər üçün iftar təşkil edib.
Newscenter.az Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, dövlət başçısı mərasimdə çıxışında toplaşanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib və onları imanı gücləndirməyə, xeyriyyəçilik göstərməyə, bir-birini dəstəkləməyə və xeyirxah işlər görməyə çağırıb.

Prezident qeyd edib ki, bu dövrdə bir-birimizə qayğı göstərməyin, ehtiyacı olanlara kömək etməyin və mənəvi təmizlənməyə çalışmağın xüsusilə vacibdir.
Dövlət başçısı möminlərin arzu və dualarının qəbul olunmasını, hər ailədə sülh, firavanlıq və harmoniyanın hökm sürməsini arzulayıb. O, həmçinin Ramazan ayının möminlərə mənəvi sevinc gətirəcəyinə, xeyirxah əməllərə olan həvəslərini artıracağına və qarşılıqlı anlaşma və xeyriyyəçilik dövrü olacağına əminliyini bildirib.
Sonra Prezident iftar açıb və məscidə gələn camaatla birlikdə dua edib.

Süleyman











































