Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamda mina partlayıb, xəsarət alan var

Ağdamda mina partlayıb, xəsarət alan var


Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb.

Newscenter.az bildirir ki, "Report"un Qarabağ bürosunun xəbərinə görə, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə təxliyə edilib.

Faktla bağlı araşdırma başlanılıb.
Xəbəri paylaş