Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamçatkada Şiveluç vulkanı püskürüb

Kamçatkada Şiveluç vulkanı püskürüb


Kamçatka diyarındakı Şiveluç vulkanı püskürüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, vulkan püskürməsi kifayət qədər geniş ərazini əhatə edib.

Rusiya Elmlər Akademiyasının Federal Geofiziki Tədqiqatlar Mərkəzinin Kamçatka şöbəsi məlumat verib ki, püskürmə dəniz səviyyəsindən təxminən 7700 metr yüksəklikdə yerləşən ərazidə olub.

Qeyd edək ki, Şiveluç Kamçatkada yerləşən aktiv vulkandır və qədim kaldera olan Köhnə Şiveluç vulkanı və 60.000-70.000 yaşı olan aktiv Gənc Şiveluç vulkanından ibarətdir. O, Ust-Kamçatski rayonunun Klyuçi kəndindən təxminən 50 km və Petropavlovsk-Kamçatskidən 450 km məsafədə yerləşir.

Anar
Xəbəri paylaş