Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, çox sayda yaralı var

Türkiyədə avtobus qəzası, çox sayda yaralı var


Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Adanada meydana gəlib. Məlumata görə, Adananın Kozan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində on yeddi nəfər yaralanıb. Mikroavtobus Eskimantaş məhəlləsində aşıb.

Dərhal hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti və jandarma qrupları göndərilib.

Qəzada yaralanan on yeddi nəfər tibbi qruplar tərəfindən Kozan Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların həyati təhlükəsi yoxdur.

Anar
Xəbəri paylaş