Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN: Ukraynanın hava hücumları nəticəsində 800-dən çox insan yaralanıb

Rusiya XİN: Ukraynanın hava hücumları nəticəsində 800-dən çox insan yaralanıb


Mart ayında Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində Rusiya regionlarında 800-dən çox mülki şəxs yaralanıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə fevral ayında isə 536 nəfər Ukrayna təcavüzünün qurbanı olub. Bu göstərici ötən ilin müvafiq dövründən 1,5 dəfə çoxdur. Bildirilib ki, yaralananlar arasında üç azyaşlı da daxil olmaqla 30-dan çox uşaq var.

2026-cı ilin mart ayında isə Rusiyada Ukrayna qüvvələrinin hərəkətləri nəticəsində zərər çəkən mülki əhalinin sayı 800 nəfəri keçib. Bu, yanvar ayındakı 387 nəfərlik rəqəmdən iki dəfə, fevral ayındakı 536 nəfərlik rəqəmdən isə 1,5 dəfə çoxdur.

Mart ayında hücumlar nəticəsində 687 Rusiya vətəndaşı yaralanıb, 114 nəfər isə ölüb.
Ölənlər arasında 34 uşaq və üç azyaşlı var.

Anar
Xəbəri paylaş