Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə sel suları körpünü uçurub

Siyəzəndə sel suları körpünü uçurub


Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

Bu barədə Newscenter.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, əraziyə AAYDA əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

"Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - AAYDA-dan bildirilib.

Anar
Xəbəri paylaş